Sumqayıt” iki illik tilsimi qırmağa çalışacaq Premyer Liqa

Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

SİA-nın məlumatına görə, hər iki matçda paytaxt klubları bölgə təmsilçilərini qəbul edəcəklər.

İlk olaraq “Zirə” ilə “Qəbələ” meydana çıxacaq. Bu komandalar Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqiblər sayılırlar. “Qəbələ” səfərdə qalib gələcəyi təqdirdə, rəqibi ilə xal fərqini 2-yə endirəcək.

Bu görüşün ardından “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək. Son 7 görüşdə rəqibini məğlub edə bilməyən “Sumqayıt” iki illik tilsimi qırmağa çalışacaq.

Hazırda “Neftçi” 41 xalla üçüncü, “Zirə” 31 xalla dördüncü, “Qəbələ” 26 xalla beşinci, “Sumqayıt” isə 15 xalla səkkizinci yerdə qərarlaşır.

Azərbaycan Premyer Liqası

XXI tur

5 fevral

16:00. “Zirə” – “Qəbələ”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov

VAR: Tural Qurbanov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Zirə İdman Kompleksinin stadionu

18:30. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov

VAR: Əliyar Ağayev

AVAR: Rəvan Həmzəzadə

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bakcell Arena”

Qeyd edək ki, turun ilk matçında “Kəpəz” və “Qarabağ” birincilərin meydanında qollu heç-heçə ediblər – 1:1. Fevralın 6-da “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə