Bir neçə gün əvvəl "Qarabağ"dan ayrılaraq Macarıstanın "Ferensvaroş" klubuna keçən Kvabena Ovusu yeni komandasında qol hesabını açıb. SİA xəbər verir ki, qanalı hücumçu ölkə çempionatının 17-ci turunda səfərdə "Pakş"a qarşı keçirilən oyunda fərqlənib.

Matçın 65-ci dəqiqəsində meydana daxil olan futbolçu 7 dəqiqə sonra rəqib qapısına yol taparaq hesabı 1:1 edib. Oyun "Ferensvaroş"un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə