“Komandada ruh düşkünlüyü var”

“Səbail” klubunun baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 20-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun çox maraqlı və sürətli keçdi. Hər iki komanda qələbəyə yaxın idi. Sadəcə, biz şansımızdan istifadə edə bildik. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra qonaqlar təzyiqi artırdılar. Nəticədə biz komapakt şəkildə oynamağa çalışdıq. Rəqibi əks hücumlarda tutmaq istəyirdik. Planımız alındı. Komandada bir az ruh düşkünlüyü var. Çoxdandır qələbə qazanmadığı və sonuncu yerdə olduğu üçün komandanın üzərində yük, psixoloji gərginlik hiss olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə