"Yuventus"un keçmiş rəhbərliyinə qarşı qərar çıxarıldı

"Yuventus"un keçmiş rəhbərliyinə qarşı qərar çıxarıldı

İtaliyanın Federal Apellyasiya Məhkəməsi "Yuventus"un keçmiş rəhbərliyinə qarşı qərar çıxarıb. SİA "Corriere dello Sport"a istinadən xəbər verir ki, klubun keçmiş idarəedici direktoru Fabio Paratiçi 2 il yarım, eks-prezident Andrea Anyelli 2 il, idarə heyətinin keçmiş üzvü Mauritsio Arrivabene 2 il, keçmiş idman direktoru Federiko Kerubini 1 il 4 ay, keçmiş vitse-prezident Pavel Nedved 8 ay müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıblar.

Qeyd edək ki, İtaliyanın Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə "Yuventus"un A Seriyasında 15 xalını silib. Komanda 22 xalla 10-ci pilləyə enib.

Bütün xəbərlər Facebook səhifəmizdə