"Bu gün fiziki cəhətdən güclü komandaya qarşı oynadıq. Komandamın sərgilədiyi futboldan razı qaldım". SİA xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Antalya toplanışında Serbiyanın "Vayvodina" klubuna qarşı keçirilən yoxlama matçından sonra deyib.
Rusiyalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının yaxşı oyun göstərdiyini bildirib: "Şadam ki, qələbə qazandıq. Lakin bundan da mühüm olan odur ki, bu gün meydanda məzmunlu, yaxşı futbol sərgilədik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB