"Neftçi" Polşa klubuna qarşı

"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq. SİA xəbər verir ki, paytaxt təmsilçisi Polşanın “Medz Leqnisa” komandası ilə üz-üzə gələcək. Oyun saat 12:30-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" Antalyadakı ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edib (1:1). Komanda yanvarın 19-da Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə