“Çelsi” “Lill”in hücumçusunu istəyir

“Çelsi” “Lill”in hücumçusunu istəyir

“Lill”in hücumçusu Conatan Devid Kanada çempionatında uğursuz çıxış etsə də, amma Avropa klublarının marağını oyatmaqda davam edir.

Budur, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, futbolçuya iddialılardan biri də “Çelsi” olub.

Belə ki, London klubunun baş məşqçisi Qrem Potter kanadalı hücumçunun çoxdankı fanatıdır və buna görə də onu öz heyətində görmək istəyir.

Qeyd edək ki, oyunçunun yayda “Stamford Bridge”ə keçidi daha məqsədəuyğun hesab edilir, lakin yanvar ayında da transfer mümkündür.

Deyilənə görə, “Lill” özü futbolçusunun gedişinə mane olmayacaq.

Onu da qeyd edək ki, daha əvvəl klubun əsas heyəti gücləndirmək üçün ən azı 3 futbolçunu transfer etməyi planlaşdırdığı bildirilirdi. Amma “mavilər” hücumçu almaqla yanaşı, “Monako”nun müdafiəçisi Benoit Badiaçileni də transfer etməklə müdafiə xəttini gücləndirmək istəyirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə