Bir neçə gün əvvəl "Barselona"dan ayrılaraq karyerasını başa vuran Jerar Pikenin vida matçında geyindiyi forması klubun muzeyinə yerləşdirilib. SİA xəbər verir ki, 35 yaşlı sabiq müdafiəçi üçün "Kamp Nouda" keçirilən "Almeriya" ilə görüş (2:0) sonuncu olub. İspaniyalının geyindiyi forma isə buna görə Kataloniya təmsilçisinin muzaeyinə qoyulub.
"Barselona"nın baş məşqçisi Joan Laporta isə məsələ ilə bağlı deyib: “Bu, simvolik məqamdır. "Barselona" nişanının bir hissəsi, klubun qəhrəmanlarından birinin köynəyini burada - muzeydə qoyub getməsi böyük şərəfdir”.
Pike isə qeyd edib ki, bu addıma görə xoşbəxtdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB