“Bu sahə ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib” - BDU REKTORU
“Son illər Azərbaycanda kosmik tədqiqatların və kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir. Hazırda bu sahə ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib”. SİA xəbər verir ki, bu sözləri BDU-nun rektoru Elçin Babayev BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi birgə beynəlxalq tədbirdə deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib: “Hazırda “Azərkosmos”un idarə etdiyi “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri yüksək keyfiyyətli və etibarlı telekommunikasiya, eləcə də Yerin müşahidəsi üzrə xidmət və həllər təqdim edir. Bu gün Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və geoloji kəşfiyyat peyk xidmətləri göstərir.
Rektor bildirib ki, hazırda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Aerokosmik və Atmosfer Tədqiqatları elmi-tədqiqat laboratoriyasında, həmçinin Fizika fakültəsinin Astrofizika kafedrasında müvafiq tədqiqat və tədris layihələri yerinə yetirilir. Bu tədqiqatların əsas məqsədi Günəş-Yer əlaqələri, bu mühitdə kosmik plazma fizikası üzrə araşdırmalar, Günəş fizikası, habelə Günəşin Yerə, Yer atmosferi, ionosferi və maqnitosferinə, texnoloji və bioloji sistemlərə və iqlimə potensial təsirinin öyrənilməsidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB