Qrant müsabiqəsində qalibləri seçərkən kimlərə üstünlük verilir? - QURUM RƏSMİSİ AÇIQLADI
Bildiyimiz kimi, son vaxtlar Gənclər təşkilatları arasında Qrant müsabiqələri təşkil olunur. Müsabiqədə qalibləri seçərkən kimlərə üstünlük verilir? Kimlər qalib hesab olunur? Layihənin nəticələri necə yoxlanılır? Nə dərəcədə şəffaflıq var? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov cavab verib.
Onun sözlərinə görə, Gənclər Fondunun saytından qeydiyyatdan keçənlər və Gənclər təşkilatı statusuna malik olanlar hüquqi şəxs kimi Fondun saytına daxil olaraq 16-cı Qrant müsabiqəsinə müraciət edə bilər: "Üstünlük müraciət edən zaman bütün sənədləri qaydasında olanlara verilir. Məsələn, reyestrin vaxtı keçməyən, xanaları dolğun və dəqiqliklə dolduran şəxslər bura şamil edilir. Bunların hamısının qaydasında olması vacib şərtlərdəndir.
Faiq Məmmədov sözlərinə belə davam edib: "Hər şeyi qaydasında olan təşkilatları ekspertiza edən zaman onlar nəzərə alınır. Bildiyimiz kimi, Gənclər Fondunun Müşahidə Şurası var və yekun rəy üçün bu şuraya təqdim olunur. Sonda isə nəticələr açıqlanır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB