Dövlətimiz bu istiqamətdə ciddi tənzimləyici addımlar atacaqdır - SORĞU

"Bu gün dünyada bir çox sahələrdə günbəgün bahalaşma müşahidə olunur". Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bu pay xüsusən də gündəlik tələbat malları olar ərzaq məhsullarının payına düşür: "Onu qeyd edə bilərəm ki, ölkəmizdə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azaddır. Bu da qiymətlərin kəskin artmasının qarşısını qismən də olsa alır. Həmçinin əsas idxal etdiyimiz ölkələr Rusiya, Qazaxıstan, Ukrayna olduğu üçün İranda unun qiymətində artım bizə çox az təsir edə bilər. Cəmiyyət olaraq daha çox un və un məmulatları ağırlıqlı qida rasionumuz var. Əgər unun qiymətində artım baş verərsə, bu bizim büdcəmizə də təsir edəcək. Çox güman dövlətimiz bu istiqamətdə ciddi tənzimləyici addımlar atacaqdır.

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, İranda unun qiymətinin kəskin qalxması Azərbaycanda unun qiymətinin qalxmasına təsir etməyəcək: "Çünki hər hansı bir ciddi asılılıq yoxdur. Sadəcə olaraq bütün dünyada buğdanın rekord səviyyədə qiymətinin qalxması ölkələrdə bu və ya digər formada qimət artımlarına gətirib çıxarır. Azərbaycanda subsidiyalar vasitəsilə unun və çörəyin qiyməti bir növ tənzimlənir. İnsanların alıcılıq qabiliyyəti nəzərə alınaraq bu proses subsidiyalaşdırılır. Ölkədə demək olar ki, bütün məhsulların qiyməti qalxır. Xüsusilə də ərzaq məhsulları arasında qiymət qalxır. Daha çox gündəlik tələb olunan məhsullarda artım müşahidə edirik. Yağlarda qiymətin qalxması digər məhsullarla müqayisədə daha çox gözləniləndir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə