Ələt qəsəbəsində “Xalqın düzgün seçimi” mövzusunda konfrans keçirilib - FOTOLAR
12 aprel 2022-ci ildə, saat 14:00-da Qaradağ rayonununƏlət qəsəbəsindəki 302 saylı tam orta məktəbin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində qalib gəlməsinin 4-cü ildönümü ilə əlaqədar konfrans keçirilmişdir. Konfransda rayon icra hakimiyyəti başçısının içtimai–siyasi vəhumanitar məsələlər üzrə müavini Təranə İsmayılova, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP Qaradağ rayon təşkilatının aparat işçiləri və fəalları,Ələt qəsəbəsində yerləşən məktəblərin direktorları və müəllimləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin nümayəndələri şəhid ailəlləri və qazilər iştirak etmişlər.
Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutmuşdur. Lahiyə çərçivəsində hazırlanmış “Qaradağ rayon üzrə İkinci Qarabağ – Vətən Müharibəsi Şəhidlərimiz“ adlı kitabça tədbir iştirakçılarının hər birinə paylanmışdır. Kitabçada 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon ərazisində yaşayan şəhidlərimiz haqqında qısa məlumat verilir.
Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının içtimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə İsmayılova çıxış edərək cənab İlham Əliyevin 2018-ci ilin aprelin 11-də prezident seçilməsindən ötən dörd il müddətində Azərbaycan dövlətinə və xalqına verdiyi töhfələri faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev İlham Əliyevin prezident seçilməsini zəruri edən amilləri açıqlayıb və 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbəni müdrik seçimin ən böyük seçimi kimi qiymətləndirib.
Daha sonra Ələt qəsəbə axundu İslam Məcidov şəhidlərimizin ruhuna dualar oxudu. 110 saylı məktəbin direktoru Sərvinaz Hüseynova, 105 saylı məktəbin müəllimi Ələmdar Abdullayev, şəhid atası Qasım Abdullayev, şəhid xanımı Nərgiz Mahmudova, qəsəbə ağsaqqalı Qurbanqulu Rəhimov çıxış edərək 2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərindən başlanan uğurlu struktur islahatlarının Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılandığını qeyd etmiş, 44 günlük müharibədə əldə edilən qələbə ruhunun daim qorunub saxlanmasının vacibliyini vurğulamışlar.
Tədbirin bədii hissəsində 166 saylı məktəbin şagirdi Səma Əliyevanın ifasında şeir söylənilmiş, 302 saylı məkəb şagirdləri isə bədii kompazisiya təqdim etmişlər. Tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunmuşdur.
Tədbir iştirakçıları verdikləri maliyyə və təşkilatı dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və 302 saylı məktəbin direktoru Günay Rəhimovaya öz təşəkkürünü və minnətdərlığını bildirmişlər.
Qeyd edək ki,Qaradağ rayonunun Ələt qəsəbələrində “Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar” layihəsi çərçivəsində şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri ilə növbəti tədbirin keçirilməsi ilə layihənin icrası başa çatdırılmışdır.
İlkin Əliyev - Gənc Politoloqlar Mərkəzinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB