“Yalan danışmaq, qeybət etmək, başqasının haqqına girmək araq içməkdən də qat-qat daha böyük günahlardır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Ramazan ayında insan pisliklərdən, günahlardan tövbə edir. Allahla əhd edir ki, “Ya Rəbb mən daha bu işləri görməyəcəm və bu əməllərdən tövbə edib, sənə tərəf qayıdıram”. Dini baxımdan da bu ifadələr başqa cür səsləndirilir. Tövbə edən insan qüsul almalı, yuyunub paklaşmalıdır. Allahla əhd etməlidir ki, daha günah əmməllərə qurşanmayacaq. Belə olan halda əlbəttə həmin şəxs namaz da qıla bilər, oruc da tuta və bütün dini ayinləri icra edə bilər.
Eyni zamanda həm ibadət etmək, həm də günah əmməllərə qurşanmaq təbii ki, düzgün deyil. Necə ki, “bir ürəkdə olmaz iki sevgili, iki ürəklinin düz olmaz dili”. Yəni qəlbdə ya Allaha sevgi yaşatmalısan, ya da şeytana. Ya şeytan tərəf olmalısan, ya da Allah tərf olmalısan. İnsan iki yolu tuta bilməz. O iki yoldan birini seçməlidir. Ya haqq yolunu yəni Allah buyuran yolu gedə bilər, ya da digər bir yolu. Riakar insanlar da ola bilər. Məsələn ola bilər ki, bir insan günah əmməllər etsin və riakarlıq edərək insanların gözündə özünü sanki oruc tutan, namaz qılan, düz yoldadır kimi göstərir. Bu təbii ki, qətiyyən doğru deyil.
İnsan xalis olmalı, pis əməllərdən, günahlardan təmizlənməlidir. Daha sonra ibadətlə məşğul ola bilər. Bizi eşidən insanlara bu nəsiyyəti edirik ki, Ramazan ayı pis əməllərdən əl çəksinlər və haqqa, Allahın yoluna qayıtsınlar. İbadətlə, dualarla və itaətlərlə məşğul olsunlar. Bunlar Allah dərgahında bəyənilmiş əməllərdir. Allah haqq yoluna bizi hidayət etsin. Allah dualarımızı qəbul etsin. Ramazan ayı hələ təzə başlayıb və sonuna xeyli var. Hər bir kəs Ramazan orucuna, ibadətlərə qoşulub, özünü pisliklərdən təmizləməlidir. Allah tutulan orucları, edilən duaları qəbul etsin!”
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB