Psixoloji kitab və film insanların həyatına NECƏ TƏSİR EDİR? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

“İnsan psixologiyası insanın fizologiyası qədər önəmlidi. Biz necə ki, səhhətimiz və xəstəliklərimizlə maraqlanıb, onunla bağlı tədbir görürüksə həmçinin ruhumuzla və mənəviyyatımızla da maraqlanmalıyıq”. Bu sözləri SİA-ya açqılamasında klinik psixoloq Nuriyyə Quliyeva bildirib.

Onun sözlərinə görə, son illərdə psixologiya elmi və psixoloqların bir çox məsələlərdə aktuallığı artmışdı: “Bilirsiz ki, insan psixologiyasının normal həddə olması onun bütün münasibətlərinə, ailəsinə və iş həyatına təsir edir. Psixoloji kitabların, filmlərin yayılması və göstərilməsi düzgün şəkildə aparılırsa qarşı deyiləm. Amma aktiv sosial istifadəçisinin psixoloji kitabı oxuyub və bunu təbliğ etməsinə qarşıyam. Çünki 5-6 kitab oxumaqla psixoloq olmur. Psixoloq olmaq üçün təhsil almaq və bu sənətə yiyələnmək lazımdı. Bizim səhhətimizdə müəyyən problemlər yarandığı təqdirdə müalicə üçün bu sahədə illərini vermiş şəxslərə müraciət ediriksə, eyni ilə psixologiyamızda da narahatlıq baş verəndə mütəxəssislərə müraciət etməliyik.

Düşünmək lazımdır ki, hər hansısa bir kitabı oxuyub başqa şəxsə psixoloji yardım etmək istəyərkən əksini etmiş ola bilərsiniz. Ümumilikdə mən bir şəxsin həddən artıq nəyəsə audəçi olmasına qarşıyam. Mən öz pasientimdə bunu müşahidə etmişəm. Bir pasientim var idi, yeniyetməlik çağındaydı dəhşətli dərəcə də bir kiatbın audəçisinə çevrilmişdi. Həmin kitabda baş verən hadisələri öz həyatı ilə cərəyan edirdi. Obraz əsərin sonunda intihar edirdi və həmin xanımda bununla bağlı olaraq müşahidə meyilləri artmışdı. Digər bir pasientimdə isə psixoloji filmlərə baxmaq aslılıq halına gəlmişdi. Bu filmlər həmin insanın psixologiyasında dərin izlər buraxmışdı”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə