Masallıda "Əsrin Müqaviləsi" və "Neftçilər Günü" adlı onlayn konfrans keçirilib

Masallıda "Əsrin Müqaviləsi" və "Neftçilər Günü" adlı onlayn konfrans keçirilib

20 Sentyabr 2021-ci il tarixində Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi”sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə“Əsrin Müqaviləsi” və “Neftçilər Günü” ilə bağlı onlayn konfrans keçirilib. “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov tədbirin rəsmi hissəsini giriş nitqi ilə açaraq iştirakçıları “Neftçilər günü” münasibətilə təbrik edib,peşə bayramının əhəmiyyətindən danışıb. Bu tarixin ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə əlaqədar olduğu diqqətə çatdırılıb.

Daha sonra Masallı rayon Gənclər və İdman İdarəsi”nin rəis müavini Oktay Mütəllimov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə qazandırdığı uğurlardan, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində görülən işlərdən söz açıb, bu müqavilənin ölkəmizin sosial-iqtisadi həyatındakı əhəmiyyətindən danışıb, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə