15 iyun tarixində türk dünyasının lideri Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri dünya mediasının əsas baş xəbərinə çevrildi. Düşmən ölkə Ermənistan mediası bu səfəri xaincəsinə qarşılayaraq öz ölkələrinə təhdid kimi qələmə verdilər. Respublikamızın Prezidenti İlham Əliyevin Ərdoğanı Fizulidə qarşılayıb Şuşayadək birlikdə söhbətləşərək getməsi və yol boyu dağıdılmış vandalizm nümünələrini onun diqqətinə çatdırması çox izlənilən xəbər oldu.
Şuşa Azərbaycanın qələbə simvoldur. Şuşa Azərbaycanın Mədəniyyət paytaxtıdır. Şuşada quruculuq abadlıq işləri görülmüş və tikinti quraşdırılma işləri davam etdirilir. Şuşa binaları yeni texnologiya əsasında qurulur, istirahət mərkəzləri yaradılır və abadlıq işləri davam etdirilir. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında hər iki ölkə liderlərinin iştirakı ilə Şuşa Bəyannaməsi imzalandı.
Prezidentin çıxışında deyildiyi kimi, bu bəyannamə Qars bəyannaməsini ifadə edir.Əgər hər hansı bir üçüncü dövlət və dövlətlər bizim ölkəmizə qarşı təhdid və hücum təhlükəsi olarsa Türkiyə bütün hərbi və digər köməkliyi ilə Azərbaycanın yanında olacagini bildirdi. Bəli bu dünyaya mesaj idi. Bu Ermənistan havadarlarına mesaj idi. Bu Ermənistanın dünya ictimaiəti qarşısında Azərbaycanın suverenliyinə olacaq hər hansı xain addımın qarşısını almaq idi. Şuşa Bəyannaməsi müttəfiqlik və dostluq qardaşlıq simvolunun hərbi güc birliyinə çevrilməsinin əsası idi.
Sübhan Hüseynov, Masallı şəhər sakini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB