Meyvə-tərəvəz hansı hallarda zəhərlənməyə səbəb olur? - DİQQƏT! -MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ
Bildiyimiz kimi, yaz-yay mövsümü vitaminlərlə zəngin olan meyvə və tərəvəzlərin daha çox istehlak edildiyi vaxtlardır. Son günlərdə meyvə və tərəvəzlərdən zəhərlənmə halları ilə bağlı şikayətlərin çoxalması səbəbindən SİA bu məsələni aydınlaşdırıb.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova məsələ ilə bağlı bildirib ki, meyvə və tərəvəzləri seçərkən mütləq ilk önəm verilməli olan məsələ onun yerli və mövsümi olmasıdır: "Bu halda zəhərlənmə təhlükəsi minumuma enəcək. Lakin bəzi meyvə və tərəvəzlər də var ki, onlar mövsümi olsa belə süni şəkildə yetişdirilir və tərkibində həddindən artıq kimyəvi maddələr, petisidlər olur ona görə də, bunlar çox istehlak edildikdə orqanizmdə nitridə çevrilir. Bütün bunlar birbaşa maddələr mübadiləsinə təsir edir, bağırsağın mikroflorasını pozur və zəhərlənməyə səbəb olur" .
Zəhərlənmələrin xüsusiyyətlərindən danışan mütəxəssis qeyd edir ki, bəzən zəhərlənmələr özünü tez biruzə verir, bəzən də gizli halda baş verərək daxili orqanlara, həzm sisteminin pozulmasına səbəb olur.
Mütəxəssis meyvə və tərəvəzlərin saxlanılması ilə bağlı da tövsiyələrini verib. "Ümumiyyətlə, meyvə və tərəvəzləri saxlayarkən diqqət edəcəyimiz əsas məqamlardan biri mümkün qədər çox almamaq və aldıqda isə düzgün şəkildə, yəni, yüksək temperaturda saxlamamalı, həmçinin quru, sərin yerdə saxlanılmalıdır. Meyvə və tərəvəzi bir-birinin yanında qoymamalıyıq. Çünki, bu çox vaxt onların daha tez yetişməsinə və xarab olmasına gətirib çıxarır. Məyvələrin yetişməsində əsas rol oynayan "etilen" qazı var ki, bu da bir çox meyvə və tərəvəzlərdə daha çoxdur. Məsələn, bananda "etilen" qazı yüksək olduğundan onu digər meyvələrin yanına qoyduqda, kal meyvenin tez yetişməsinə, yetişmiş meyvənin isə xarab olmasına səbəb olacaq. Buna görə də, onları ayrılıqda saxlamalı, polietilen torbalardan dərhal çıxarmalı, əgər aralarında hər hansısa meyvə xarab olubsa, onun xarab olmuş hissəsini kəsib yemək olmaz. Onu bütöv halda atmaq lazımdır. Bu halda onu istehlak etmək olmaz".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB