İndiyədək toxunan ən bahalı xalçanın qiyməti... - FOTOLAR

İndiyədək toxunan ən bahalı xalçanın qiyməti... - FOTOLAR

“Azərxalça” ASC-nin Xaçmaz filialında bu günə kimi istehsal olunan ən bahalı xalçanın qiyməti 24 min manat olub. SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin Xaçmaz filialının direktoru Səlima Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ilin may ayından fəaliyyətə başlayan Xaçmaz emalatxanasında 4 il ərzində 276 ədəd irili, xırdaılı xalça toxunub: “İlk illərdə 90-a yaxın işçi heyyəti çalışıb, hazırda isə 57 işçi fəaliyyət göstərir ki, onlardan 48 toxucudur. Bizim xalçalar işləmələrinə görə, Qarabağ və Təbriz xalçalarından seçilir. Onlar kiçik naxışlarla işlənirsə, burada istehsal olunan xalçalar Quba, Şirvan üslubunda toxunur”.

S. Hacıyeva qeyd edib ki, hazırda müəssisədə 43 dəzgahdan 16-ı fəaliyyətdədir: “Bundan əlavə 5 xalçanın toxunması başa çatıb, kəsimə hazırdır. Son dövrlərdə emalatxanada satış həyata keçirilməyib, ancaq daha əvvəl isə xalçaların qiymətləndirilməsi 1 kvadratına görə, 600, 800, 1000 manat civarında müəyyənləşdirilirib”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə