Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.

AMEA-dan SİA-ya verilən məlumata görə, akademik Y.Mahmudov öz ərizəsi ilə işdən azad edilib. O, AMEA prezidentinin müşaviri təyin edilib.

Bundan başqa, akademik Arif Həşimov Fizika İnstitutunun direktoru, akademik Əli Abbasov isə İdarəetmə Sistemləri İnstitutuna direktor təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə