Siz Azərbaycan xalqının "Milli Qəhrəmanı", tarix yazan qalib Sərkərdəsisiniz! - Prezidentə məktub

Siz Azərbaycan xalqının "Milli Qəhrəmanı", tarix yazan qalib Sərkərdəsisiniz! - Prezidentə məktub

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər. SİA Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir:

Möhtərəm cənab Prezident.
Bizim vətən müharibəsində qələbəmizi şərtləndirən ən vacib məqam - Ulu Öndərimiz xalqımızın çağırışı ilə Azərbaycanı bəlalardan xilas edərək modern və güclü iqtisadiyyatın təməlini qoydu, Sizin bu siyasi xətti uğurla davam etdirməyinizlə güclü ordu quruculuğu formalaşdırılması oldu. Azərbaycan xalqının bəxti gözəl oldu, ona görə ki, bu xalqa, dövlətə və Vətənə xalqını sevən, onun uğrunda hər an gözünü qırpmadan bütün əziyyətlərə qatlanan və xalqın, dövlətin maraqlarını hər şeydən üstün tutan Ulu Öndərimiz və onun layiqli davamçısı Siz, bizim Liderimiz oldunuz. Vətən müharibəsində siyasi və hərbi qələbəmizin uğurları, Sizin siyasi iradənizə əsaslanır və eyni zamanda, rəhbəri olduğunuz müzəffər Ordumuzun gücü ilə zəfər çaldıq. Mən, Sizin və Ordumuzun yanındayam! Möhtərəm cənab Prezident Xalqımıza silsilə qəlbə sevinci yaşatdığınız, bütün beynəlxalq təzyiqlərə mərdcəsinə lazımı cavab verdiyinizə və Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyinizə görə, Sizə sonsuz minnətdarlığımı ifadə etməklə qürur duyuram. Siz, Azərbaycan xalqının "Milli Qəhrəmanı", tarix yazan qalib Sərkərdəsi, ən çox dəstəyə layiq olan Prezidenti və müzəffər Ali Baş Komandanısınız. Allah, Sizi hər zaman zirvələrdə qərarlaşdırsın. Azərbaycanın bütün sahələrində inkişafı uğrunda müqəddəs fəaliyyətinizdə yorulmaz uğurlar diləyirəm. Sizin kimi Prezidentimiz olduğuna, Sizin seçiciniz olduğuma görə çox məmnun və xoşbəxtəm.
Hörmətlə,
İbrəhimov Vüsal İbrəhim oğlu
Azərbaycan Respublikası, Şirvan şəhəri.

Bütün xəbərlər Facebook səhifəmizdə