Türkiyənin Müdafiə Nazirliyi Naxçıvandakı təlimlərlə bağlı açıqlama yaydı

Türkiyənin Müdafiə Nazirliyi Naxçıvandakı təlimlərlə bağlı açıqlama yaydı

Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirilən birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman əsgərlərimizin hədəfləri tam dəqiqliklə məhv etdiyi taktiki təlimlərin xüsusi müşahidəçi günü Naxçıvanda gerçəkləşdirilib”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, sentyabrın 5-də Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə