Könül Məmmədova: “Prezidentimizə inamımız böyükdür”

Könül Məmmədova: “Prezidentimizə inamımız böyükdür”

“İyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində başlayan düşmən təcavüzünün qarşısı qəhrəman Ordumuz tərəfindən qətiyyətlə alındı. Şəhid olan hərbçilərimizin qisası da yerdə qalmadı”. Bunu SİA-ya açıqlaçasında YAP Qadınlar Şurasının üzvü Könül Məmmədova deyib.

Könül Məmmədova bildirdirib ki, azğın düşmən haq etdiyi cəzanı artıqlaması ilə aldı: “Bir neçə gün sonra minlərlə insan küçələrə axışıb Sizə, şanlı Ordumuza, dövlətimizə möhtəşəm həmrəylik nümunəsi göstərdi,- çoxu gənc idi. Onların könül coşqusu ilə dedikləri "Azərbaycan", "Şəhidlər ölməz, Vətən bölünməz" nidaları biz anaların da qəlbini böyük həyəcan və sevinc, qürur hissi ilə doldurdu. Xalqımızın Sizinlə birgə olması, bölünməzliyi, bütövlüyü dövlətimizlə xalqımızın sarsılmaz birliyinin daha bir bariz nümunəsi oldu. Həmrəylik yürüşündə bir qrup təxribatçının törətdikləri yaramaz əməllər heç vaxt bu birliyin üstə kölgə sala bilməz. Sevimli Prezidentimiz! Biz övladlarımızı xalqımıza, dövlətimizə sədaqət, vətənpərvər ruhda böyüdürük. Əmin olun ki, gənc nəsl Ulu Öndərimiz Heydər Əliyev ideyalarını hər zaman uca tutur, Vətənə layiq övlad olmağı, ölkəmizin inkişafına öz töhfələrini vermək arzusu ilə yaşayırlar. İşğal altındakı torpaqlarımızın azadlığı isə bütün istəklərinin fövqündə dayanır. Sizin çıxışlarınızı hər zaman diqqətlə dinləmişəm. Qarabağ məsələsinin həlli üçün necə böyük fədakarlıqla çalışdığınız hamımıza məlumdur. İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində dedikləriniz biz anaların qəlbində inam hissini daha da artırdı, hamımızı işğal olunmuş ərazilərimizin tezliklə azad ediləcəyinə inandırdı. Dediklərinizdən bir fikri yenidən yada salmaq istəyirəm: "Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir". Cənab Prezident! Mən Şamaxı rayonunda yaşayan bütün analar adından Sizə ölkəmizin inkişafı, xalqımızın rifahı, doğma Qarabağın azadlığı yolunda fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Prezidentimizə olan inamımız böyükdür. Komandanlığınız altında Qarabağımıza qovuşacağımıza tam əminik. O sevincli, unudulmaz günü Sizinlə, qüdrətli Ordumuzla birgə yaşayacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə