THY İstanbul-Bakı-İstanbul aviareysinə əlavə biletlər satışa çıxarılacaq

Türk Hava Yolları (THY) iyulun 3-də həyata keçiriləcək İstanbul-Bakı-İstanbul aviareysini həyata keçirəcək təyyarəni daha böyüyü ilə əvəz edib.

Türk Hava Yollarından Trend-ə verilən məlumata görə, bununla əlaqədar əlavə biletlər satışa çıxarılacaq:

"İyulun 3-ü, cümə günü baş tutacaq TK4932/4933 reysi üçün nəzərdə tutulan təyyarə daha böyüyü ilə əvəz edilib. Əlavə biletlər qısa müddətdən sonra www.turkishairlines.com saytında satışa çıxarılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə