"Sosial problemlərin həllinə yönəlmiş layihələr dəstəklənəcək" - AÇIQLAMA ÖZƏL

"Sosial problemlərin həllinə yönəlmiş layihələr dəstəklənəcək" - AÇIQLAMA ÖZƏL

“Cənab Prezident ilin birinci rübünün yekunlarına dair hesabtda hökumət qarşısında çox ciddi məsələləri qoydu. Düşünürəm ki, bunlar çox vacib məsələlərdir. Bütün dünya dövlətlərində istənilən böhran xarakterli məqamlarda hökumətlər bir daha həm büdcələrini, həm də atacaqları addımları yenidən nəzərdən keçirilər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Deputatın sözlərinə görə, büdcə xərclərinə yenidən baxılması çox vacib məsələdir: “Bütün atılacaq addımlar həssaslıq təşkil etdiyi üçün, xüsusən də bu dönəmdə mütləq qaydada bir neçə qərar müzakirə olunmalı və ən sonda daha düzgün qərar qəbul olunmalıdır. Cənab Prezidentin məhz bu istiqamətdə verdiyi tapşırıq bilavasitə daha düzgün qərarların qəbul olunması və cənab Prezidentin də bildirdiyi kimi əsasən Azərbaycan əhalisinin sosial rifahını yaxşılaşdırmaq üçün qarşıda olan problemlərin həllinə istifadə edilə biləcək”.

M.Əfəndiyev qeyd edib ki, əsas istiqamətlərdən biri dövlət büdcəsindən ayrılan vəsaitlərin daha qənaətlə istifadə olunmasıdır: “Hazırki vəziyyətə əsasən ilin sonuna qədər nəzərdə tutulmuş vəsaitlərə ona görə baxılmalıdır ki, artıq müddət keçib, planlar dəyişib, yeni çağırışlar, milli məsələlər dövlətin qarşısında durmaqdadır. Bu baxımdan büdcə vəsaitlərə bir daha baxılacaq və cənab Prezidentin də səsləndirdiyi kimi daha çox sosial xarakterli və əhaliyə yönəlmiş layihələrə dəstəklənəcəkdir. Daha sonra isə istər infrastruktur, istərsə də digər sahələrə ayrılacaq vəsaitlərə yenidən baxılacaqdır. Büdcədə daha çox sosial problemlərin həllinə yönəlmiş layihələr dəstəklənəcəkdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə