Türkiyədən Azərbaycana səfər edənlərin sayı artıb

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb. Bu barədə SİA-ya Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 13,1 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 99 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 4 077 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 23,9 faiz azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə