İtaliyanın 2 aylıq ümidi və qəhrəmanı Virus üzərində qələbə!

İtaliyanın 2 aylıq ümidi və qəhrəmanı Virus üzərində qələbə!

İtaliyanın koronavirusa yoluxma halının daha çox qeydə alındığı Lombardiya regionundakı vəziyyət dramatikdir. Lakin hərdən yaxşı xəbərlər də daxil olur ki, bu da əhaliyə ümid verir. SİA xəbər verir ki, bu barədə İtaliyanın 7sur7.be elektron nəşri yazır.

Belə ki, bu gün İtalyanın qəhrəmanı Leonardo adlı 2 aylıq körpə oğlan uşağıdır. “O, ümid simasıdır”, Milanın yaxınlığındakı Korbetta şəhərinin meri bildirib.

“Leonardonun 50 günü ancaq tamam olarkən, o koronavirusdan güclü zərər çəkmiş Lombardiyanın, bütövlükdə isə İtaliyanın ümid simvoluna çevrilib. Təxmini olaraq, uşaq martın ortalarında xəstələnib və onun hərarəti yüksəlib. Biz pediatra zəng etdik. O, ürək döyüntülərinin sürətlənməsini və nəfəs darlığını aşkarlayıb. Ona görə də biz uşağı xəstəxanaya apardıq. Bu, çox çətin günlər idi”, mer deyib.

Korbettanın meri Marko Ballarini sevindirici xəbəri özünün feysbuk səhifəsində də paylaşıb. “Evinə xoş gəldin balaca Leo. Sənin həyatın üçün mübarizə aparan və məğlub olmaq istəməyən valideyinlərinə də təşəkkürlər düşür. Onlar Korbettanın bütün sakinlərinin ürəklərinə günəş bəxş etdilər”, Ballarini sevincini bölüşüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə