Nüvə silahının tətbiqinin qadağan edilməsi və Azərbaycanda sülh hüququ

Nüvə silahının tətbiqinin qadağan edilməsi beynəlxalq humanitar hüququn, bütövlükdə dünya siyasətinin mühüm problemlərindən biridir. Məlum olduğu kimi nüvə silahı ancaq bir dəfə tətbiq olunmuşdur. ABŞ nüvə silahından 6 və 9 avqust 1945-ci ildə Yaponiyaya qarşı müharibədə Xirosima və Naqasaki şəhərlərini bombalamaqla istifadə etmişdir. Nüvə silahının tətbiqinin beynəlxalq humanitar hüquq prinsiplərinə uyğun olmaması heç bir şübhə doğurmur. Bununla belə bu cür tətbiqi qadağan edən norma mövcud deyildir. BMT Beynəlxalq Məhkəməsinin 1996-cı il məşvərətçi rəyində göstərilir ki, nüvə silahının tətbiqi beynəlxalq humanitar hüququn tələbləri ilə uzlaşdırılmalıdır. Tokio Dairə Məhkəməsi “Riçi Şimoda və başqalanmn dövlətə qarşı” işində göstərmişdir ki, “Yaponiya şəhərlərinin bombalanması ona görə qanunsuz idi ki, “müdafiə olunmayan” şəhərə “qeyri-seçim” xarakterli hücum idi, həmçinin “artıq əzab” yetirilməsinə yönəlmişdi. Başqa sözlə məhkəmə bombalamanın qeyri hüquqiliyini nüvə bombalaması kimi deyil, beynəlxalq humanitar hüququn mövcud prinsipləri əsasında ümumiyyətlə bombalama kimi əsaslandırmışdır.

Nüvə silahının tətbiqinin məhdudlaşdırılması barədə bir sıra beynəlxalq hüquqi sənədlər mövcuddur. BMT Baş Məclisinin 1961-ci il qətnaməsində hərbi məqsədlə nüvə silahının sınaqları qadağan və bu cür sınaqlar BMT Nizamnaməsinə zidd hesab olunmuşdur. Bu müddəa BMT Baş Məclisinin 1972-ci il analoji qətnaməsi ilə də təsdiq olunmuşdur. Məlum olduğu kimi Baş Məclisin qətnamələri özü-özlüyündə beynəlxalq hüquq normasını yaratmır. Onlar beynəlxalq hüququn norması kimi tanınması üçün dövlətlər tərəfindən qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, hazırda mövcud olan müqavilələr nüvə silahı ilə əlaqədar müəyyən məhdudiyyətlər müəyyən edir və bununla da onlara sahib olmanı sanki qanuniləşdirir. Beynəlxalq hüququn ümumi normalannm nüvə silahına tətbiq edilməsi də bir o qədər səmərəli deyildir. Çünki beynəlxalq hüququn ümumi normaları adi silahlara aiddir, nüvə silahı isə özündə müstəsna halı təmsil edir. Burada kimyəvi və bakterioloji silahlarda olduğu kimi xüsusi normaların qəbul edilməsi zəruridir. Bu cür müqavilənin yaxın gələcəkdə bağlanması ehtimalı da azdır. Çünki nüvə silahına malik olan dövlətlərin siyasətində və milli təhlükəsizlik sistemində nüvə silahı əsas yer tutur.

Rusayanm son vaxtlar qəbul etdiyi hərbi doktrinada milli təhlükəsizliyin tələb etdiyi hallarda nüvə silahının tətbiqinin nəzərdə tutulması da bunu təsdiq edir. Rusiyanın təhlükəsizliyinin təmin edilməsi sistemində nüvə silahı ilkin yerlərdən birini tutur. İ.İ.Lukaşuk göstərir ki, hər bir halda nüvə silahı son həddə özünümüdafiə zərurəti ilə əlaqədar beynəlxalq humanitar hüququn tələbləri maksimum nəzərə alınmaqla tətbiq oluna bilər. BMT Baş Məclisi tərəfindən qəbul edilmiş qətnamələr nəinki nüvə silahının tətbiqini qadağan edir, həm də onlardan çoxu bu cür tətbiqi bəşəriyyətə qarşı cinayət səviyyəsinə qaldırır. Küveyt münaqişəsi zamanı 17 yanvar 1991-ci il tarixli müraciətində BQXK heç bir tərəddüd etmədən tərəfləri qəti formada “beynəlxalq humanitar hüquqla bir araya sığmayan nüvə silahını tətbiq etməkdən çəkinməyə” çağırdı.

Nüvə silahı müasir müharibələrin xarakterinə mühüm təsir etmişdir. Çoxtərəfli dağıdıcı fəaliyyət nüvə silahı üçün xarakterik cəhətdir. Onun fərqləndirici cəhəti möhtəşəm dağıdıcı qüvvəyə malik olması ilə yanaşı insan orqanizmi üçün mürəkkəb öldürücü təsir sisteminə malik olmasındadır. 1980-ci ildə BMT-nin himayəsi altında nüvə silahının əldə edilməsi və gələcək inkişafının dövlətin təhlükəsizliyi və iqtisadiyyatı üçün nəticələri haqqında elmi tədqiqatlar keçirilmişdir. Həmin tədqiqatlar zamanı nüvə silahı kütləvi qırğın silahı kimi xarakterizə edilmişdir. Lakin nüvə silahından istifadənin və onun tətbiqi ilə hədələmənin hüquqi aspektləri barəsində beynəbcalq hüquqşünaslar arasında fikir ayrılığı mövcuddur.

Bəzi müəlflər (İ.N.Arsibasov, O.V.Boqdanov, E.David, F.Kalsxoven və başqaları) belə hesab edirlər ki, 1868-ci il Bəyannaməsi, 1899-cu və 1907-ci il Haaqa Konvensiyaları və 1925-ci il Cenevrə Protokolunda nəzərdə tutulan qadağanlar nüvə silahına da şamil olunmalıdır. Həmin müəlliflər tətbiqi beynəlxalq hüququn ümumtanınmış prinsiplərini pozab yeni silah növlərinin beynəlxalq hüquqa müvafiq olaraq qadağan edilməsi üçün tədbirlər görməyi dövlətlərdən tələb edən adət normalarının olmasını qəbul edirlər. Həmin müəlliflərin fikrincə, bununla əlaqədar silahlı münaqişələr zamanı nüvə silahının tətbiqini qadağan edən xüsusi müqavilələr hazırlayıb bağlamaq lazımdır. Digər qrup alimlər (M.Manduqal, F.Filisiano) belə hesab edirlər ki, nüvə silahlan müharibə aparılmasının icazə verilən vasitəsidir. Həmin vasitələrin tətbiqini qadağan edən normalar mövcud olmadığına görə beynəlxalq hüququn qüvvədə olan normaları ilə “analogiya” əsasında yeni silah növünə qadağan tətbiq etmək olmaz.

Başqa bir qrup müəlliflər (R.Şarle, Q.Meyroviç, Y.Brounli, Q.Şvarsenberq və başqaları) isə belə hesab edir ki, nüvə silahına qadağanın qoyulması kimyəvi silaha qadağan qoyulmasına analogiya əsasında qəbul edilməlidir. Çünki nüvə silahı “artıq əzaba” səbəb olur və yaxud “döyüşənlər düşmənə ziyan vurma vasitələrini seçməkdə qeyri-məhdud hüquqdan istifadə etmirlər”.

Göründüyü kimi nüvə silahının tətbiqinin qadağan edilməsi haqqında məsələ beynəlxalq hüququn mübahisəli məsələlərindəndir. 14 may 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatmm Assambleyası aşağıdakı sualla BMT Beynəlxalq Məhkəməsinə müraciət etmişdi: nüvə silahının insanın sağlamlığına və ətraf mühitə təsirini nəzərə alaraq silahlı münaqişə zamanı hər hansı dövlət tərəfindən tətbiqi onun beynəlxalq hüquq, o cümlədən ÜST Nizamnaməsi üzrə öhdəliklərinin pozması kimi qiymətləndirilə bilərmi? Bir il sonra artıq BMT Baş Məclisi Beynəlxalq Məhkəmədən “hər bir halda nüvə silahı ilə hədələmək və ya onun tətbiqinə beynəlxalq hüququn icazə” verib-verməməsi məsələsi ilə əlaqədar məşvərətçi rəy verməsini xahiş etdi. BMT Baş Məclisinin sorğusu əsasında hazırlanmış və 8 iyul 1996-cı ildə dərc olunmuş nüvə silahı ilə hədələmənin və ya onun tətbiqinin qanuniliyi haqqında Beynəlxalq Məhkəmənin məşvərətçi rə’yi də həmin məsələyə tam aydınlıq gətirmədi. Məhkəmə rəydə göstərmişdir ki, prinsip etibarı ilə nüvə silahının tətbiqi qeyri-qanunidir. Lakin beynəlxalq hüququn hazırkı vəziyyəti və məhkəmənin sərəncamında olan materiallara əsasən məhkəmə dövlətin gələcək mövcudluğunun təhlükə altında olduğu fovqəladə özünümüdafiə hüququnda nüvə silahı ilə hədələmə və ya onun tətbiqinin qanuni və ya qeyri-qanuni olması barədə qərar qəbul edə bilmir. Məhkəmənin məşvərətçi rəyinin əhəmiyyəti ondadır ki, məhkəmə nüvə silahının tətbiqinin hər bir halının beynəlxalq humanitar hüququn norma və tələblərinin təsiri altına düşdüyünü təsdiq etdi.

N.Arsibasovun nüvə silahından istifadənin qeyri-qanuniliyi haqqında fikirləri daha əsaslı görünür. O belə hesab edir ki, silahı münaqişə zamanı nüvə silahının qeyri-qanuniliyi hazırda qüvvədə olan silahlı münaqişə hüququnun aşağıdakı normalanndan törəyir:

a) nüvə silahı kütləvi qırğın silahına aiddir. O, qeyri-seçimli fəaliyyət (Ətraflı bax. Nüvə silahı ilə hədələmə və ya onun tətbiqiıiin qanuniliyi haqqında Beynəlxalq Məhkəmənin 1996-cı il tarixli məşvərətçi rəyi) göstərərək həm mülki əhalini, həm hərbi, həm də mülki obyektləri məhv edir. Lakin müasir silahlı münaqişələr hüququ birmə’nalı olaraq mülki əhali və mülki obyektlərə qarşı silah işlədilməsini qadağan edir;

b) nüvə silahının tətbiqi beynəkalq hüququn “döyüşənlər düşmənə ziyan yetirilməsi vasitələrini seçməkdə qeyri-məhdud hüquqdan istifadə etmirlər” ümumtanınmış prinsipinə ziddir;

c) nüvə silahım 1907-ci il IV Haaqa Konvensiyasının 27-ci maddəsinin tələb etdiyi kimi onun “imkan dərəcəsində məbədləri, elm, incəsənət, xeyriyyəçilik məqsədlərinə xidmət edən binaları, tarixi abidələri, xəstəxanaları və yaralı və xəstələrin cəmləşdiyi yerləri” dağıtmayacağı tərzdə tətbiq etmək mümkün deyil. Nüvə silahının tətbiqi silahlı münaqişə zamam mədəni sərvətlərin mühafizəsi hüququnu inkar etmək olardı.

d) müasir beynəlxalq hüquq ayrı-ayrı şəxslərə, icmalara və ya dövlətə mənsub olan hər cür mülkiyyəti məhv etməyi qadağan edir;

e) nüvə silahınm tətbiqi isə bu normalann müharibənin qurbanı olan dövlətə münasibətdə inkar edilməsinə səbəb olardı;

f) nüvə silahının tətbiqi böyük dozası mülki əhalinin tez və qaçılmaz ölümünə və ya uzunmüddətli xəstəlik və əzablarına səbəb olan radioaktiv şüalanmasına səbəb olur. Silahlı münaqişə hüququ normalan adamlara artıq əzab yetirən silahlarm tətbiqini birmə'nalı olaraq qadağan edir. Fikrimizcə, nüvə silahının qeyri-seçim xarakteri və onun tətbiqi nəticəsində yetirilən əzablann ağırlığının müharibənin məqsədi baxımından heç bir üstünlüyə səbəb olmamasıdır.

Yeri gəlmişkən, 2018-ci ildə Beynəlxalq Sülh Günü – “Sülh hüququ: Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi” devizi altında keçirilir. Çünki bu il tarixi əhəmiyyət daşıyan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi qeyd olunur.

BMT hər il olduğu kimi, bu il də bütün ölkələri və xalqları Beynəlxalq Sülh Günü münasibətilə hərbi əməliyyatların dayandırılmasına və sülhlə bağlı ictimai məlumatlandırma formatlı bayram tədbirlərini keçirməyə çağırır.

Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, bir milyondan artıq soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, təhsil, səhiyyə, mədəniyyət ocaqlarımız, tarixi-dini abidələrimiz tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş, terrora məruz qalmışdır.

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi və xahişi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa dayandırılmasına nail olmuşdur. Bu isə təbii ki, insan təlafatının qarşısının alınması ilə bərabər, regionda sabitliyin yaranması, ölkəmizin iqtisadi və hərbi gücünün artmasına səbəb olmuşdur.

Bu gün hələ də atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, işğalçı erməni hərbi birləşmələrinin atəşkəs haqqında müqavilə şərtlərini mütəmadi olaraq kobud şəkildə pozması, işğal altındakı torpaqlarımızda kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif iriçaplı silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurulması, o cümlədən dinc əhalinin girov götürülməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq və digər hüquqlarını pozur.

BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların dayandırılması, atəşkəsin təmin edilməsi və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş 14 mart 2008-ci il tarixli qətnaməsinin tələbləri yerinə yetirilmir. Sülhə və təhlükəsizliyə saymazyana münasibət bəslənilir, Azərbaycana qarşı düşmənçilik siyasəti bu gün də davam etdirilir, atəşkəs rejimi mütəmadi pozulur, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimiz mənimsənilir, nadir tarixi abidələrimiz amansızcasına dağıdılır. Proseslərin bu yöndə cərəyan etməsi dünyada sülh baxışlarının inkişafına təsir edən neqativ amillərdən olduğundan, məsələnin həllində dünya ictimaiyyəti və beynəlxalq qurumlar öz dəstəyini əsirgəməməlidir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ülvi niyyəti kimi təsbit olunmuşdur.

Təqdirəlayiq haldır ki, əsası Ümummilli liderimiz tərəfindən əsası qoyulmuş sülhsevər siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atır.

Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət strategiyası nəticəsində Azərbaycanın dünya birliyinə inteqrasiyası getdikcə sürətlənir, ölkəmiz dünyanın aparıcı dövlətləri ilə daha sıx əməkdaşlıq edir və ölkəmizin beynəlxalq aləmdə nüfuzu günü-gündən artır. Buna görə də artıq bir çox aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının haqq işini dəstəkləyir, onun ərazi bütövlüyünü tanıyırlar.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hüquq siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir, müvafiq qanunvericilik aktları qəbul olunur və ya müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir.
Təbii ki, görülən işlər və aparılan islahatlar, idarəetmənin təkmilləşməsi insanların öz hüquqlarını həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən də Azərbaycana beynəlxalq aləmin marağı daha da artır və ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl işlər hazırda da əzmlə və uğurla davam etdirilməkdədir. Bu baxımdan, Fondun vitse-prezidenti Leyla Əliyevanın gerçəkləşdirdiyi “Xocalıya Ədalət” kampaniyası Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq-hüquqi tanınmasına nail olmaq məqsədilə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika ölkələri tərəfindən Xocalı soyqırımının tanınmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda haqq və ədalət hissini itirməyən dünya ictimaiyyəti, hökumətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları dövlətlər, onların parlamentləri tərəfindən tanınır.

Azərbaycan dövləti haqq və ədalət, tolerantlıq prinsiplərinə söykənərək ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində davamlı olaraq strateji sənədlər qəbul edir və onları uğurla həyata keçirir.
Ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu bəndində “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” aidiyyəti qurumlar üçün bir vəzifə kimi müəyyən olunmuş və ötən dövr ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlər təşkil edilmişdir.

Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il Beynəlxalq Sülh Günü ərəfəsində, yəni avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı”nın elan edilməsi və bu aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə konfransların, dəyirmi masaların keçirilməsi, müsabiqələrin və sərgilərin təşkil edilməsi əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir.

Artıq uğurla başa vurduğumuz “Sülh aylığı” insanlar arasında hüquq mədəniyyəti ilə yanaşı, sülh mədəniyyətini təbliğ etməklə qarşımızda duran BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir.

İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquq düşüncəsinin və mədəni səviyyəsinin müasir tələblər səviyyəsində yüksəldilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına təkan verən ən mühüm amillərdəndir. Buna görə də Beynəlxalq Sülh Günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə, insan hüquqlarının müdafiəsinin effektivliyinin artırılmasına nail olmaq üçün bir imkandır.

İnsan hüquqları sahəsində həyata keçirdiyimiz tədbirlər ölkəmizdə sülh mədəniyyətinin təbliğinə və inkişafına xidmət edir.

“Sülh aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Aparatın əməkdaşlarının, Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən və ətraf rayonları əhatə edən regional mərkəzlərinin iştirakı ilə Bakı şəhərində və respublikanın rayonlarında silsilə tədbirlər davam etdirilmiş, bununla bağlı məlumatlar mütəmadi olaraq KİV-lər vasitəsilə yayımlanmışdır.

Belə ki, Ombudsmanın nümayəndəsi Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində şəxsi heyətlə peşə hazırlığı məşğələsində məruzəçi kimi iştirak edərək, Beynəlxalq Sülh Gününün yaranma tarixi, onun əhəmiyyəti, Müvəkkil tərəfindən hər il ənənəvi olaraq elan olunan “Sülh aylığı”nın mahiyyəti barədə məlumat vermişdir.

Uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, on səkkiz ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən, həmçinin Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin və Liderlik Məktəbinin gənc sülh elçilərinin sülh hərəkatının inkişafında və sülh mədəniyyətinin təbliği prosesində fəal iştirakı da uşaq və gənclərin iştirakçılığını təmin edən və bu sahədə formalaşan ən yaxşı təcrübələrdəndir. Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəbləri şagirdlərinin təmsil olunduğu Liderlik Məktəbini bu günədək mindən çox məzun bitirmiş, burada “Azərbaycan – yurdum mənim!” devizi ilə ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə bilgilər alınmış, vətənpərvərlik tərbiyəsi, yurdsevərlik hissi aşılanmış, habelə, insan hüquqları, o cümlədən uşaq hüquqları öyrədilmişdir.

Bu tədbirlər vasitəsilə insan hüquqları, o cümlədən sülh şəraitində təhlükəsiz yaşamaq hüququ təbliğ olunur, bu hüququn isə yalnız sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmininin mümkünlüyü izah edilir. Müvəkkilin davamlı olaraq keçirdiyi hüquqi maarifləndirmə tədbirlərində ölkə vətəndaşlarının sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına diqqət yönəldilir, milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə əhalinin, hər bir vətəndaşın sülh mədəniyyətinə yiyələnməsi istiqamətində böyük səylər göstərilir.

Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların gənc yaşlarından hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili məqsədilə mütərəqqi ideyaların axtarışı, əldə olunmuş ideyaların tətbiqi aylıq çərçivəsində real icra olunur və təsdiqini tapır.

Aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlərlə bağlı arayışlar hazırlanaraq Müvəkkilə təqdim olunmuş və onlar təhlil edilərək ümumiləşdirilmişdir. Hüquq-mühafizə orqanları, nazirliklər, komitələr tərəfindən aylıq çərçivəsində həyata keçirilən tədbirlər planı, demək olar ki, əhalinin bütün sosial qruplarını əhatə etmiş və fəal iştirakları ilə yadda qalmışdır.

Baş Prokurorluğun Təşkilat-analitik idarəsi tərəfindən keçirilən sülh və insan hüquqlarına həsr olunmuş seminarda “Sülh dayanıqlı inkişafın və insan hüquqlarının təminatıdır” mövzusunda çıxışlar olmuşdur. Bundan başqa, prokurorluğun bütün qurumları tərəfindən sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlər təşkil edilmiş, o cümlədən KİV-də məqalələr dərc olunmuş, əhali ilə görüşlərdə bu barədə çıxışlar edilmiş, eyni zamanda həmin mövzular üzrə tədris məşğələlərində ətraflı müzakirələr aparılmışdır.

Vahid Ömərov

fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə