Karantin müddətində xəbərləri izləyib stresdən necə qaça bilərik? PSİXOLOQLARIN RƏYİ
Psixoloqların fikrincə karantin müddətində sakitliyini qorumaq, təşvişdən uzaq olmaq istəyən şəxslər gün ərzində yalnız iki dəfə xəbər oxumağa və ya izləməyə üstünlük verməli və yatmamışdan öncə qəti şəkildə xəbər oxumamalıdırlar. SİA-nın xəbərinə görə, hazırda bütün argentinalılar kimi karantində olan psixoloq Anabella Çeb Terrab söyləyib: “Psixi sağlamlığınızı qorumaq üçün məsləhətim xəbər almaq üçün gündə iki dövr seçmək və yalnız rəsmi mənbələri oxumaqdır. Bunu yuxudan dərhal duran kimi və ya yatmazdan əvvəl etməyiniz tövsiyə olunmur”.
Çeb Terrab eyni zamanda sosial şəbəkələrdə ünsiyyəti məhdudlaşdırmağı, yalan informasiyalar yayan səhifə və qruplardan çıxmağı məsləhət görür. Onun sözlərinə görə, karantin müddətində ailə üzvləri və etibarlı dostlarla daha çox ünsiyyət qurmaq psixi sağlamlıq üçün daha yaxşıdır.
“İstirahət, fiziki fəaliyyət, onlayn kurslar da daxil olmaqla gündəlik həyatınızla bağlı yeni cədvəl yaratmağa dəyər. Mümkün olduğu təqdirdə gündə 15-20 dəqiqə günəşdə olun. Bunu eyvana çıxmaqla da etmək olar”, - deyə mütəxəssis qeyd edib.
Psixologiya kitablarının müəllifi və “Psixologiya Bu gün" jurnalının köşə yazarı Alice Boyce bildirib ki, insanların çoxlu xəbər alması onlarda narahatlıq, təşviş hissi ilə yanaşı, diqqəti başqa yerlərə yönəltmək məsələsində də çətinlik yarada bilər: “ Xüsusilə də yalan informasiyalara can atmaq belə xəbərlərə istehlakına can atmağa səbəb ola bilər ki, bu da psixoloji baxımdan mənfi nəticələrə gətirib çıxara bilər”.
Mütəxəssis Patrik Venis isə söyləyib ki, təşviş və ojiotaj xarakterli çoxlusayda informasiya oxumaqla psixolooji vəziyyəti daha da gərginləşdirə bilərsiniz: “Ona görə də xəbərlə keçirdiyiniz müddəti məhdudlaşdırın. Xəbərlərə ya səhər ya da axşamüstü baxın. Yuxudan öncə və sonra belə xəbərləri oxumayın. Çünki neqativ xəbər gün ərzində əhvalını və yuxunuza mənfi təsir edə bilər”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Son məlumatlara görə, dünyada 460 mindən artıq COVİD-19-a yoluxub, 21 mindən artıq insan dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB