“MDB ölkələrinin mədəniyyətlərarası dialoqda ənənələri və perspektivləri: Mədəniyyət, təhsil və kommunikasiya” mövzusunda görüş keçirilib - FOTO
Bu gün Bakıda "MDB ölkələrinin mədəniyyətlərarası dialoqda ənənələri və perspektivləri: Mədəniyyət, təhsil və kommunikasiya" mövzusunda görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TÜRKSOY təşkilatının baş katibi Düseyn Kaseinov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, SSRİ xalq rəssamı Tahir Salahov, tanınmış qazax yazıçısı Oljas Süleymenov və başqaları iştirak ediblər.
Görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk əvvəl qonaqları salamlayıb və Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə baş tutduğu üçün hamını təbrik edib. Nazir qeyd edib ki, o, Bakının Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üzrə əsas məkan olacağına əmindir.
Keçirilən görüşün mahiyyətinə toxunan Polad Bülbüloğlu bu cür iclasları çoxsaylı tanışlıqların qurulmasında və fikir mübadiləsinin aparılmasında vacib addım kimi qiymətləndirib. Daha sonra səfir qonaqları təqdim edib.
Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın bu cür yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsinə sevindiyini vurğulayıb və MDB ölkələrinin mədəniyyətlərarası dialoq prinsiplərində beynəlxalq əlaqələr sistemində rolu barədə danışıb.
"MDB ölkələrinin mədəniyyətlərarası dialoqda ənənələri və perspektivləri: Mədəniyyət, təhsil və kommunikasiya" adlı görüşdə Qırğızıstanın mədəniyyət və informasiya naziri Nurlanbəy Turqunbəyoviç, Qazaxıstan Mədəniyyət Nazirliyinin nümayəndəsi İlyas Kozıbayev və digər natiqlər müxtəlif mövzularda məruzələr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB