Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan tədbir keçirilib
Ötən gün Xətai rayon Milli qəhrəman Ələkbər Əliyev adına 204 saylı orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan tarixinə yeni bir qəhrəmanlıq salnaməsi yazan Mübariz İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, əvvəl məktəbin direktoru Ziba Rzayeva Milli qəhrəmanımızın igidlik tarixindən qısa söhbət açıb: "Biz əminik ki, prezidentimizin köməyi və uğurlu siyasəti ilə Azərbaycan torpaqları geri qaytarılacaq. Mübariz kimi oğullarımızın qanı yerdə qalmayacaq".
Rəsmi nitqdən sonra qonaqlara bədii hissə təqdim edildi. İlk əvvəl Azərbaycan Dövlət Himni səsləndi. Məktəblilərin hazırladığı anım mərasimində Mübarizin döyüş yolu, son günündə cəbhə dostları ilə apardığı söhbətlər səhnələşdirilmiş şəkildə məktəblilərin ifasında təqdim olundu. Mübariz İbrahimovun obrazını canlandıran Əli Əsədli Milli qəhrəmanımızın varlığını səhnədə sanki yenidən canlandırdı. Əlinin yaratdığı obraz vasitəsilə onun vətənə olan sevgisi, torpağa bağlılığı, düşmənə qarşı mübarizliyi bütün çılpaqlığı ilə tamaşaçılara təqdim olundu. Əli Milli qəhrəmanımızın obrazını, onun valideynlərinə yazdığı son məktub səhnəsini o qədər inandırıcı canlandırdı ki, mərasimdə iştirak edənlər göz yaşlarını saxlaya bilmədilər. O cümlədən tədbirdə Orxan Mürvətov, Nuray Verdiyeva, Mehman Qəmbərli, Vüsal Sadıqov, Rüfət Piriyev,Cavid Qasımlı, Əliyev Asim, Aygün Bağırova, Türkan Əbdülrəhmanova, Səma Quliyeva çıxışları ilə tamaşaçıları təsirləndirdilər.
Məktəblilər Mübarizə ithaf etdikləri mahnılarını, şerlərini, hazırladıqları rep parçaları təqdim etdilər. Xüsusilə məktəbin məzunu və məktəblilərinin birgə hazırladıqları və Milli Qəhrəmanımıza ithaf edilən klip təqdim edildi. Yeri gəlmişkən onu da qeyd edək ki, 204 saylı məktəbdə keçirilən və çox professional şəkildə hazırlanan mərasimin ssenari müəllli, tərtibatçısı və tədbiri idarə edən məktəbin psixoloqu Nigar Quliyeva idi.
Tədbirdə Təhsil Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin, Xətai rayon İcra Hakimiyyətinin, Gəncələr və Turizm Nazirliyinin, ölkənin aparıcı mətbuat orqanlarının, telekanalların nümayəndələri iştirak edirdi. Onlar da çıxışlarında belə maraqlı, təsiredici tədbir keçirdiklərinə görə məktəbin müəllif və şagird kollektivinə minnətdarlıqlarını bildirdilər. Bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar. Sonda Azərbaycan bayrağı dalğalanda və himn səsləndirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB