İclasda məclis üzvünü döymək istəyiblər
Müxalifət düşərgəsində növbəti qarşıdurma KXCP-də baş verib. Belə ki, KXCP- nin ali məclisində keçirilən iclasda məclis üzvü Nisəxanım Vəliyevanı təhqir edərək, hətta döymək istəyiblər. "Hüquq müdafiəçisi" partiyanın Ali Məclisinin üzvü Oqtay Gülalıyev bildirib ki, KXCP sədri Mirmahmud Mirəlioğlu isə tərəfdarlarının cəbhəçi xanıma hücumunu məmnunluqla seyr edərək susub. Sədrə və ona hücum edənlərə sözünü deyən xanım məclisi tərk edib.
Oqtay Gülalıyev: "Mirəlioğlu yarıtmaz partiya sədri olmaqla, həm də yalançıdır"
O.Gülalıyev baş verən insidentlə bağlı onu da bildirib ki, N.Vəliyevanı cəzalandırmaq üçün Mirəlioğlunun Ali Məclisin sessiyasına dəvət etdiyi adamlardan biri (hücuma rəhbərlik edən- red.), nəinki Ali Məclisin, heç partiyanın da üzvü deyil: "Xeyli vaxtdır ki, Mirəlioğlunu və KXCP-ni təhqir edərək təşkilatdan gedib".
O.Gülalıyev Mirəlioğlunun qadına qarşı belə yarıtmaz hərəkətini tənqid edərək, onu yalançı adlandırıb: "Doğrudur, Nisəxanım Vəliyeva neçə vaxtdır, Mirmahmud Mirəlioğlunu nə partiya sədri, nə də bir siyasətçi kimi saymadığını dəfələrlə bildirib. Həmçinin, N.Vəliyeva Mirəlioğlunu satqın və yalançı "elçibəyçi" olduğunu da mətbuatda qeyd edib. Mirəlioğlu da N.Vəliyevadan qisas almaq üçün tərəfdarlarının "kişiyə" xas olmayan hərəkətlə onun üstünə göndərib. Bax, budur, müxalifət partiya sədrlərinin iç üzü".
O.Gülalıyev onu söyləyib ki, bütün bunlardan sonra Qurban Məmmədovun efirinə çıxan M.Mirəlioğlu Azərbaycan xanımlarına müraciət edərək, onları birliyə çağırır. Amma partiyasının ali məclisinin üzvü xanımı təhqir etdirib, onu döydürmək istəyir. Mən qeyri-səmimiliyin bu həddini və zirvəsini görməmişdim. Sonra da, heç nə olmamış kimi, çıxıb "Elçibəy mənəvi atamdır" deyərək elçibəyçilikdən, demokratiyadan və qadın hüquqlarından danışacaq. Hələ üstəlik, "anam, bacım" deyib xanımlara müraciət edəcək. Mən N.Vəliyevanı Mirəlioğlundan daha əqidəli, etibarlı, dürüst və təmiz adam hesab edirəm. O, seyiddən fərqli olaraq, yalançı elçibəyçilik etməyib".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB