YAP Yasamal rayon təşkilatının gənclər birliyi dəstək aksiyasına qoşuldu
Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı gənclər birliyinin üzvləri Yeni Azərbaycan Partiaysının təşəbbüsü ilə həyata keçirilən "Aztəminatlı ailələrə qayğı" aksiyasına qoşularaq, rayon ərazisində yaşayan və yardıma ehtiyacı olan kimsəsiz, imkansız, aztəminatlı, tənha ailələrə ərzaq bağlamaları paylayıblar. Yeni Azərbaycan Partiyası müxtəlif tədbirlər və xeyriyyə aksiyaları həyata keçirir. Hər zaman olduğu kimi, bu dəfə də keçirilən bu aksiya partiyanın yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsinin daha bir nümunəsidir.
Fəal gənclər bir neçə ailəyə baş çəkərək, sovqatları paylamaqla yanaşı, onların problemləri ilə də yaxından tanış olublar. Gözdən əlil olan Xalidə Bağırova, Bəyim Zahidova, imkansız ailələrdən olan Gülzar Əzizova, I qrup əlil Arzu Pirimova və başqaları göstərilən maddi və mənəvi köməyə görə, öz minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, diqqət və qayğını öz üzərilərində hər zaman hiss ediblər. Bu aksiya bu günə qədər həyata keçirilən tədbirlərin davamıdır. Ölkəmizdəki əmin-amanlıqdan, firavan və sabit həyatdan razılıqlarını ifadə ediblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB