Ermənilər ekologiyanı, ətraf mühiti korlamaqdadırlar

Ermənilər ekologiyanı, ətraf mühiti korlamaqdadırlar

Düşünülməmiş əməllər Sevan gölünün məhvinə gətirib çıxarır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə ekoloq Karine Danielyan aysor.am-a verdiyi müsahibədə deyib.

Ekoloq xüsusilə vurğulayıb ki, yanlış addımlara görə Sevan gölündə suyun səviyyəsi ötən ilin eyni dövrünə nisbətən 2 santimetr aşağı düşüb.

“Təmizləmə stansiyaları təyin edilməyib. Əvvəla, böyük miqdarda çirkab suları gölə axıdılmaqda davam etdirilir. İkincisi, sahil təmizləyici əməliyyatlar aparılmayıb və aparılması da düzgün yerinə yetirilmir. Bu, çox ciddi bir problemdir. Gölün sahilləri tam təmizlənməyib. Böyük miqdarda zibil, kəsilməmiş ağac və kol bitkisi su altında qalıb. Bütün bunlar gölün üzərinə mənfi təsir göstərir”, deyə Karine Danielyan bildirib.

Ekologun sözlərinə görə, eyni dərəcədə ciddi problem 2013-cü ildən etibarən özünü göstərir ki, bu balans pozğunluğu sayəsində də Sevan gölündə suyun səviyyəsi düşməkdə davam edir.

Ekoloq əhalini Sevan gölünü zibil tullantısı ilə çirkləndirməməyə, lazımsız əşyaları gölə atmamağa çağırıb. Əks halda gölün məhv olma təhlükəsi barədə xəbərdarlıq edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə