"Azərbaycanın bir çox dövlətlərlə geniş mədəni əlaqələri mövcuddur" RƏY-ÖZƏL
“Azərbaycanın bir çox dövlətlərlə geniş mədəni əlaqələri mövcuddur. Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi də buna əyani sübutdur. Belə bir tədbirin keçirilməsi hər iki xalqın həyatında əlamətdar hadisədir”. Bunu SİA-ya Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva deyib.
Azərbaycanla Rusiyanı bir çox sahələrdə mehriban qonşuluq əlaqələri birləşdirdiyini deyən deputat söyləyib ki, hər iki ölkənin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm də Azərbaycanda keçirilən bir çox festivallarda, simpoziumlarda, forumlarda və digər tədbirlərdə iştirak edirlər: “Təbii ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının müstəsna rolu var. Ona görə də, əlaqələrimiz daim yüksələn xətlə inkişaf edir. Hesab edirəm ki, Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi qarşılıqlı əlaqələrimizin inkişafına özünün töhfəsini verəcək”.
Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günləri ilə bağlı məlumat verən komitə üzvü deyib ki, tədbirin açılış mərasimində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko iştirak edib: “Açılış mərasimində çıxış edən Şura sədri də bildirdi ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Məhz bu, iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində gələcək əməkdaşlığına təkan verir”.
Ü.Həmzəyeva əlavə edib ki, bu gün Azərbaycan mədəniyyəti özünün yüksək inkişaf mərhələsində olmaqla yanaşı, dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB