Çikaqoda qar fırtınası nəticəsində beynəlxalq hava limanlarda 1100 reys təxirə salınıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Bundan əvvəl 600 reysin təxirə düşdüyü açıqlanmışdı.
“Yaz qar fırtınası orta hesabla reyslərin 49 dəqiqə gecikməsi, 978 reysin isə təxirə düşməsinə səbəb olub”, - deyə Oxara beynəlxalq hava limanının “Twitter” səhifəsində qeyd olunub..
Bununla yanaşı Miduey hava limanı 148 reysin təxirə salındığını açıqlayıb.
Qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Amma sərnişinlərə hava yollarının uçuş vəziyyətini yoxlamaq məsləhət görülür.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB