Müvəqqəti saxlama təcridxanalarına və polis bölmələrinə başçəkmə zamanı bir sıra nöqsanlar aşkar edilib
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri V.Məhərrəmov və V.Heydərov İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına (MST), həmin idarənin 1, 2, 3 və 4-cü polis bölmələrinə, habelə Abşeron Rayon Polis Şöbəsinin (RPI) MST-nə başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qrupun üzvləri Sumqayıt MST-nə və polis bölmələrinə başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, MST-də saxlanılan şəxslərlə və inzibati qaydada həbs olunanlarla söhbət aparılıb və onlara hüquqları izah olunub.
Söhbət aparılan şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Başçəkmə zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, saxlanılan şəxslərdən birinə lazımi tibbi yardımın göstərilmədiyi, habelə evlərindən gətirilən yeməklərin saxlanılan şəxslərə verilmədiyi müəyyən edilib. Həmin məsələlər Daxili İşlər Nazirliyi ilə araşdırılacaq.
Qrupun üzvləri Abşeron RPŞ-nin MST-nə baxış keçirdiyi zaman həmin müəssisənin əsaslı təmir olunduğu müəyyən edilib, burada saxlanılan şəxslərin Yasamal RPİ-nin MST-nə köçürüləcəyi bildirilib. Saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı həmin müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB