Baytarlıqla bağlı bəzi xidmətlərin sənəd qəbulunda dəyişiklik edildi

Baytarlıqla bağlı bəzi xidmətlərin sənəd qəbulunda dəyişiklik edildi

Nazirlər Kabineti "Baytarlıq Haqqında" zərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 23 fevral tarixli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2005-ci il 22 noyabr tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 16 aprel tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 2011-ci il 24 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na dəyişiklik edib. SİA-nın xəbərinə görə, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən,"Elektron xidmət növlərinin Siyahısı" 10.7-ci - baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxal-ixracına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu və 10.8-ci - baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması, dövlət reyestrinin aparılması və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu bəndləri ləğv edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə