Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib

Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən "Motodrom" yaşayış massivində Bakı Şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə Binəqədi rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Tədbirdə Binəqədi RİH-in başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, aparatın məsul işçiləri, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlar, Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosasiyasının üzvləri, Binəqədi rayon bələdiyyələrinin, MKTB-nin, rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları iştirak ediblər. 350-dən artıq adamın iştirak etdiyi aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə əsasən, Abşeron yarımadasının iqlim şəraitinə uyğun olaraq 650-dən çox şam, küknar, badam, zeytun və tut ağacı əkilmişdir.

Qeyd edək ki, ümumrayon iməciliyi çərçivəsində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların ərazilərində, o cümlədən, təhsil və səhiyyə müəssisələrində iməciliklər keçirilmiş və yaşıllıq zolaqları salınmışdır.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə