Bu gün Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
Bu gün Bakıda "Gənclər ekoloji inkişaf uğrunda" beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, iki gün davam edəcək konfransın məqsədi gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrini yalnız təbiətin qorunması məsələlərində deyil, həmçinin yeni əsrin ekoloji xüsusiyyətlərini nəzərə ala bilən yeni innovativ iqtisadiyyatın və elmin quruluşunda da iştirakını stimullaşdırmaq, iqtisadi, sosial maraqları nəzərə almaqla davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsinə həvəsləndirməkdir.
Konfransda ABŞ, Almaniya, Avstriya, İsveçrə, Qazaxıstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və ali məktəb tələbələri, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edəcək.
Konfransın işində UNICEF-in iqlim üzrə gənc səfirləri də iştirak edəcək. Ümumilikdə, konfransda 200-ə yaxın alim və gənclərin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB