Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi keçirilir

Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi keçirilir

Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV baş məclisi işə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, dövlət və hökumət nümayəndələri, AzQAC-ın üzvləri iştirak edirlər.

Mandat komissiyasının hesabatı dinlənildikdən sonra AzQAC-ın sədri, Milli Məclisin deputatı Novruz Aslanov tədbiri açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra təşkilati məsələyə baxılıb, AzQAC-ın yeni nizamnaməsi təsdiq olunub, baş məclisin rəyasət heyəti, katibliyi, hesablama komissiyaları seçilib.

AzQAC-ın sədri Novruz Aslanov hesabat məruzəsi ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə