Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar dövlət sanitariya epidomioloji xidmətinin vəzifələrinindən biri ləğv edilib. SİA-nın məlumatına görə, bununla bağlı bu gün “Sanitariya- epidomioloji salamatlıq haqqında” qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Dövlət sanitariya epidemioloji xidmətinin vəzifələrindən biri dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Dövlət sanitariya epidomioloji xidmətinin bu vəzifəsi ləğv edilir. Bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.
Dövlət sanitariya nəzarəti də artıq qida məhsullarını əhatə etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB