2018-ci il AMEA-nın Naxçıvan Bölməsi üçün “İnkişaf ili” elan edilib
AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bölmədən SİA-ya verilən xəbərə görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək iclasın bölmənin 2017-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunduğunu bildirib. Akademik 2018-ci ilin Naxçıvan Bölməsi üçün “İnkişaf ili” elan edildiyini vurğulayıb.
Sonra Bioresurslar İnstitutunun direktoru, akademik Taryel Talıbovun, İncəsənət, Dil və Ədəbiyyat İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Qarayevin və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun çıxışları dinlənilib.
İclasda bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə 2018-ci ildə ümumiləşdirilmiş məsələlərin öz əksini tapdığı Tədbirlər Planı ilə Rəyasət Heyətinin üzvlərini tanış edib. 18 maddədən ibarət Tədbirlər Planı 2 maddədə dəyişiklik, 1 maddə isə əlavə olunduqdan sonra təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB