Nazirlər Kabinetinin qərarına əsasən yaşıllıqlara dəyən ziyan 1000 manatı keçirsə, cinayət tərkibi yaratdığından tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir. Araşdırma aparılır və həmin şəxs barəsində qanunauyğun tədbirlər görülür. Qanun pozuntuları əvvəlki illərlə müqayisədə azalıb. Lakin əhalinin və yaşayış məntəqələrinin sayı artdıqca məişət tullantılarının idarə olunması sahəsində qanun pozuntuları da çoxalır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.
Sektor müdiri bildirib ki, ətraf mühitin mühafizəsi sahəsində nazirliyə əhali, qeyri-hökumət təşkilatları, media nümayəndələri də yaxından kömək edirlər. Belə ki, ətraf mühitə dəyən ziyanla bağlı nazirliyin “Qaynar xətt”inə məlumatlar daxil olur. Nazirlik şikayətçinin iştirakı ilə dərhal araşdırma aparır, qanunauyğun tədbirlər görür.
R.Mirzəyev doqquz ay ərzində nazirliyə 1102 şikayət ərizəsinin və 1332 “Qaynar xətt” məlumatının daxil olduğunu da qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB