Milli Şura mitinqə 1200 nəfər toplaya bildi

Oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

SİA-ya Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1 200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...