Gənclər təşkilatı “Zorakılıqdan uzaq uşaqlıq” strategiyasına start verib FOTO

Gənclər təşkilatı “Zorakılıqdan uzaq uşaqlıq” strategiyasına start verib FOTO

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Unicef-in Azərbaycan ofisi və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi" layihəsi çərçivəsində Ağcabədi rayonunda "Zorakılıqdan uzaq uşaqlıq" adlı strategiyaya start verib.

Gənclər Mərkəzindən SİA-ya verilən məlumata görə, strategiya çərçivəsində məişət zorakılğı hallarının aradan qaldırılmasına dəstək məqsədilə ARİH, rayon Təhsil Şöbəsi, rayon Polis şöbəsi, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının yerli əməkdaşlığı ilə maarifləndirmə tədbirləri həyata keçirilib.

Tədbirdə rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanların profilaktik işinin təşkili qrupunun inspektoru baş leytenant Taleh Abbasov, rayon Təhsil Şöbəsinin əməkdaşı Ədalət Mamedov, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Ramil Nağıyev, məktəb direktoru Səadət Kazımova iştirak edib.

GTM Qarabağ ofisinin rəhbəri, layihənin koordinatoru Radə Telmanqızı çıxış edərək strategiya haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdikdən sonra,mərkəz tərəfindən həyata keçirilən bütün xidmətləri onların diqqətinə çatdırıb. Sonra tədbir maraqlı diskussiya ilə davam edib. Tədbirin yekununda layihə çərçivəsində çəkilmiş "Həbsdən kənar" filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə