"Azərbaycan müəllimi" qəzetinə yeni baş redaktor təyin olunub. SİA-nın məlumatına görə, yeni baş redaktor tanınmış jurnalist Nurəddin Heydərov olub.
Ondan öncə "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru vəzifəsində Bayram Hüseynzadə çalışıb. Tanınmış jurnalist dünən Bakı Mühəndislik Universitetinə (BMU) prorektor təyin edilib.
Qeyd edək ki, N.Heydərov 1998-ci ildən mediada çalışır.O, 2002-ci ildən 2010-cu ilə kimi "Kaspi" qəzetinin baş redaktoru işləyib. Tanınmış jurnalist ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra
o, Təhsil Nazirliyi yanında Təhsilə İctimai Dəstək layihəsinin rəhbəri təyin olunub.
B.Hüseynzadə isə uzun müddət Təhsil Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Bakı Mühəndislik Universiteti ölkə başçısının sərəncamı ilə 2016-cı ilin noyabrında keçmiş Qafqaz Universitetinin bazasında yaradılıb. BMU-nun rektoru Havar Məmmədovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB