KİV rәhbәrlәri Ankarada səfərdədir YENİLƏNİR - FOTOLAR

KİV rәhbәrlәri Ankarada səfərdədir YENİLƏNİR - FOTOLAR

Azәrbaycan KİV rәhbәrlәrindәn bir qrupu Ankarada səfərdədir. SİA-nın verdiyi məlumata görə, KİVDF-nin təşkilatçılığı ilə ölkəmizin aparıcı 15 mətbuat qurumunun rəhbərlərindən ibarət nümayəndə heyəti artıq görüşlәrә başlayıb.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, o cümlədən Azərbaycanın aparıcı mətbuat orqanlarının rəhbərləri iştirak edir.

Azərbaycanlı jurnalistlər proqram səfərinə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Onun Ankaradakı abidəsini və adını daşıyan parkı ziyarətlə başlayıblar. Daha sonra isə Türkiyənin Baş Nazirliyi yanında Mətbuat, Yayım və İnformasiya Baş İdarəsində Mehmet Akarca ilə görüş olub.

Tədbir zamanı Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edib. KİVDF-nin icraçı direktoru öncə dekabrın 10-da Türkiyənin İstanbul şəhərində baş verən terror hadisələri zamanı həlak olan 44 şəhidi bir dəqiqəlik sükutla anmağı xahiş edib. V.Səfərli Azərbaycanla Türkiyə arasında münasibətlərdən, eyni zamanda mətbuatımızın əlaqələrindən danışıb. Qeyd edib ki, Azərbaycan və Türkiyə iki dost, qardaş ölkədir və bütün sahələrdəki münasibətlərimiz bundan sonra daha geniş müstəvidə inkişaf edəcək.

Mehmet Akarca çıxış edərək öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı xalqımıza başsağlığı verib və bir dəqiqəlik sükut elan edib.

PA-nın nümayəndəsi Vüqar Əliyev və digər mətbuat nümayəndələri çıxış edərək iki ölkə mətbuatının gələcək inkişafının detallarından danışıblar. Sonra hər iki ölkənin mətbuat nümayəndələri müzakirələri çay süfrəsi arxasında aparıblar.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondunun Müşahidə Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Mediainfo.az" İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər.

Günün ikinci yarısında nümayəndə heyəti Türkiyə Baş Nazirliyinin Türkiyə İşbirliyi və Kordinasiya Agentliyində (TİKA) qrumun rəhbəri Serdar Çamla görüşüblər. Görüşdə TİKA- nın fəaliyyəti barədə filim nümayiş edilib və qrumun rəhbəri Azərbaycan və Türkiyənin iqtisadi əlaqələrindən söz açıb. Mətbuatın da bu dost və qardaş ölkənin iqtisadi, siyasi həyatında baş verən hadisələrə biganə olmadığından məmnun qaldığını deyin. TİKA- nın gələcək layihələri barədə də məlumat verib. Nümayəndə heyətinin rəhbəri KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli də gələn heyəti təqdim edib və gəlişin məqsədi barədə geniş məlumat verilib. Görüşdə mətbuatın iki dövlət arasındaki münasibətlərin inkişafına daim dəstək olmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, jurnalistlərin Türkiyəyə səfəri dekabrın 10-dan 16-dək davam edəcək.

Daha sonra qəzet redaktorlarının Türk İşbirliyi və Koordinasya Agentliyinin (TİKA) rəhbərliyi ilə görüşü olub. TİKA-nın rəhbəri Serdar Çamla görüşdә qonaqlara bu qurumun hәyata keçirtdiyi nәhәng layihәlәrdәn söhbәt açılıb.

Azərbaycanlı jurnalistlərin görüşləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə