Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə "Heimann X-Ray" rentgen yük yoxlama qurğusunda baxış keçirilib.
SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən aldığı məlumata görə, yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından, gömrük nəzarətinə bəyan olunmayan 13 min ədəd siqaret aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB