"Heydər Əliyev siyasi irsinin öyrənilməsi”

"Heydər Əliyev siyasi irsinin öyrənilməsi”

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqənin qalibi olmuş Cəbrail Fərzəliyev "Heydər Əliyev siyasi irsinin öyrənilməsi" adlı layihənin açılış mərasimini keçirib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə YAP Gənclər Birliyinin kordinatoru Aliyə Ağrılı açıb. Sonra layihə rəhbəri Cəbrail Fərzəliyev layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Heydər Əliyev irsini gənclərə aşılamaqdan ibarətdir. Bundan əlavə o həmçinin qeyd edib ki, Heydər Əliyev demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində misilsiz xidmətlər göstərib. O, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Heydər Əliyev siyasi irsinin öyrənilməsi" adlı layihənin aktual olduğunu qeyd edib.Sonda qeyd edib ki, təlimdə iştirak edən gənclərə hədiyyələr təqdim ediləcək. Sonra "Heydər Əliyev siyasi irsinin öyrənilməsi" adlı layihənin açılış mərasimində BDU-un doktorantı Anar Həmidov çıxış edib.

Tədbirin sonunda layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə