"Yaxın vaxtlarda Azərbaycanda yeni məscidlər istifadəyə veriləcək". SİA-nın xəbərinə görə bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
Şeyxülislam bildirib ki, əvvəllər ölkədə məscidlərin sayı az olduğundan insanlar Aşura günündə küçələrə çıxırdı: "Amma bu gün Azərbaycanda kifayət qədər məscid var. Bu baxımdan insanlara Aşura mərasimlərini məscidlərdə keçirməyi tövsiyə etmişik. Hazırda bu şəkildə də davam edir".
QMİ sədri bildirib ki, bu gün "Təzəpir" məscidində keçirilən qanvermə aksiyasında bütün sünnilərin müftisi hacı Salman Musayev iştirak edib: "Digər məscidlərdə də sünnilərlə şiələr bir yerdə qanvermə aksiyasına, Aşura mərasimlərinə qatılıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB